Rusiya və İran XİN başçıları “3+3” əməkdaşlıq formatını müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüsey Əmir-Abdullahian arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Cənubi Qafqazda mövcud vəziyyət müzakirə edilib. Nazirlər Cənubi Qafqaz üzrə “3+3” Məşvərət Regional Platforması çərçivəsində birgə işlərin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını diqqətə çatdırıblar.