Blinken: ABŞ-nin İsrailə yeni hərbi yardımı yoldadır

ABŞ-nin İsrailə yeni hərbi yardımı yoldadır.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında deyib.
O, müdafiə məhsullarının bir hissəsinin artıq İsrailə çatdırıldığını xatırladıb və əlavə edib ki, yeni hərbi yardım yoldadır.
Blinken qeyd edib ki, İsrailin müdafiə ehtiyacları artdıqca, Dövlət Departamenti onları təmin etmək üçün ABŞ Konqresi ilə iş aparacaq.