ABŞ-nin müdafiə naziri sabah İsrailə gedəcək

ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin sabah, oktyabrın 13-də İsrailə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

L.Ostin israilli həmkarı Yoav Qallantla görüşəcək.

Nazirlərin konkret olaraq müzakirə edəcəkləri məsələlər açıqlanmayıb.