Azərbaycan, Ermənistan və Rusiya baş naziri müavinlərinin görüşü planlaşdırılmır

Ermənistan, Rusiya və Azərbaycan baş naziri müavinlərindən ibarət üçtərəfli işçi qrupunun yeni görüşünün keçirilməsi ilə bağlı hələlik razılıq yoxdur.

APA xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Həmçinin Ermənistanla Azərbaycan arasında Sərhəd Təhlükəsizliyi Komissiyası və delimitasiya üzrə işçi qurupunun danışıqlarıda planlaşdırılmayıb.