Pentaqon rəhbəri İsrailə səfər edəcək

Pentaqonun rəhbəri Lloyd Ostin cümə günü İsrailə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Ostin İsrailin baş naziri Binyamin Netanyahu və onun kabinetinin üzvləri ilə görüşmək niyyətindədir.

ABŞ müdafiə naziri son bir neçə gündə Brüsseldə olub.

O, Kiyevə silah tədarükünü əlaqələndirən Qərbin yaratdığı təmas qrupunun iclasında iştirak edib.