"Qarabağ Zəfərinin memarı Prezident İlham Əliyevlə qürur duyuruq”

“Can Azərbaycan başda olmaqla, Türk dünyasının hər yerində bizimlə birgə olanlara təşəkkürümü bildirirəm. Azərbaycan Prezidenti İlham Əliyevə sonsuz rəğbətimi çatdırıram”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Şimali Kipr Türk Prezidenti Ersin Tatar “Şimali Kipr Türk Respublikası Mədəniyyət və Təqdimat Günləri” çərçivəsində oktyabrın 13-də keçirilən tədbirdə səsləndirib.

Azərbaycan xalqına sonsuz sevgisini çatdıran Ersin Tatar xalqlarımızın çox əziyyətlər çəkdiyini bildirib. Diqqətə çatdırıb ki, nəhayət bunlara son qoyulub və ölkələrimiz müstəqillik yolunda irəliləməkdə davam edir.

“Bu il 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Türk dünyasının müdrik siyasi xadimi, Qarabağ Zəfərinin memarı Prezident İlham Əliyevlə qürur duyuruq.

Şimali Kipr ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi çox vacibdir. Biz müxtəlif sahələrdə əməkdaşlıq etməkdə maraqlıyıq. Bu sahələrdən biri də mədəniyyətdir. Biz hazırkı məqamda bir-birimizə daha yaxın olmalıyıq. Çünki eyni kökə malik xalqın övladlarıyıq”, - deyə Şimali Kipr Prezidenti vurğulayıb.