Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına səfəri oktyabrın 13-də başa çatıb.
"Report" xəbər verir ki, Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidentini rəsmi şəxslər yola salıblar.