Ermənistan XİN: "Azərbaycandan sülh razılaşması layihəsi üzrə növbəti təkliflər paketi almışıq"

"Ermənistan Azərbaycandan sülh razılaşması layihəsi üzrə növbəti təkliflər paketi alıb".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan oktyabrın 20-də keçirdiyi brifinqdə deyib.
"Biz Azərbaycan tərəfdən təkliflər almışıq. Ancaq hələ ki tərəfimizdən yazılı cavab göndərilməyib, müzakirələr davam edir”, - o bildirib.