Lavrovla Ceyhun Bayramov “3+3” regional platformasını müzakirə edib

Oktyabrın 20-də Rusiya xarici işlər naziri Sergey Lavrovla Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

APA Rusiya XİN-ə istinadən xəbər verir ki, xarici işlər nazirləri ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmi müzakirə ediblər.

Nazirlər, “3+3” regional platformasının fəaliyyəti ilə bağlı yanaşmaları nəzərdən keçiriblər.

Sonrakı təmaslar barədə razılığa gəlinib.