Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunu ratifikasiya üçün parlamentə göndərib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü ratifikasiya üçün parlamentə göndərib.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Ərdoğanın imzaladığı protokol bu gün Türkiyə Böyük Millət Məclisinə göndərilib.