Zəfər Partiyasının sədri Ümit Özdağ 2023-cü il prezident seçkiləri öncəsi Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Kamal Kılıçdaroğlu ilə anlaşma protokolunu dərc edib. Seçkidə qalib gələcəyi təqdirdə Kılıçdaroğlunun partiyasına 3 nazirlik və MİT (kəşfiyyat -red) başqanlığını verəcəyi iddia edilirdi. CHP sözçüsü Öztrakın təkzib etdiyi iddianı Kamal Kılıçdaroğlu da təsdiqləyib.
Özdağ çox danışılan və ilk dəfə yayımlanan Zəfər Partiyası-CHP Protokolunun bütün fotoşəkillərini paylaşıb. Memorandumun "hökumətin formalaşması və vəzifə bölgüsü” adlı bölməsində" Daxili İşlər Nazirliyinin və daha iki nazirliyin Zəfər Partiyasına verilməsi, bəzi nazir müavinlərinin də - təhlükəsizlik, ədliyyə və iqtisadi bürokratiyaya üstünlük verilməklə Zəfər Partiyasına ayrılması ilə bağlı razılığın əldə edildiyi görülüb.
Qeyd edək ki, Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərindən sonra ikinci tura keçən və müttəfiqlik axtarışlarını genişləndirən Kamal Kılıçdaroğlu Zəfər Partiyasının sədri Ümit Özdağla görüşüb və bundan sonra Ümit Özdağla protokol imzaladığı iddia edilib. Lakin CHP-lilər belə bir anlaşmanın olduğunu təkzib edirdilər. Partiyanın o zamankı sözçüsü Faiq Öztrak da razılaşmanın olmadığını iddia edirdi. Lakin sabiq sədr Kamal Kılıçdaroğlu sonradan bunu təsdiqləmişdi. Bundan sonra Kılıçdaroğluna İYİ Partiya ilə "Millət İttifaqı"ndakı DEVA və Gələcək partiyalarından da reaksiya gəlmişdi.