Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının dördüncü iclası başlayıb

Moskvada Rusiya-Azərbaycan Ekspert Şurasının dördüncü iclası başlayıb.
APA xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) bildirilib.
Məlumatda deyilir ki, “Cənubi Qafqazda münaqişədən sonrakı inkişaf kontekstində Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət” mövzusunda dördüncü iclas Rusiya Beynəlxalq Məsələlər Şurası və Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil olunub.
Xatırladaq ki, Şuranın üçüncü iclası ötən ilin fevralında Bakıda keçirilib.