Azərbaycan və İraq rəsmiləri dövlət başçılarının tapşırıqlarının icrasını müzakirə edib

Azərbaycan və İraqın dövlət başçılarının tapşırıqlarının icrası müzakirə edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İraqa səfər zamanı bu ölkənin Baş naziri Məhəmməd Şia əl-Sudani Azərbaycan nümayəndə heyətinin üzvlərini qəbul etdi. Azərbaycan və İraq dövlət başçılarının ikitərəfli görüşündən irəli gələn tapşırıqların icrası müzakirə edildi", - deyə o qeyd edib.