YAP toplanır: Prezidentliyə namizəd irəli sürülücək

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 15-də genişləndirilmiş iclası keçiriləcək.

Sherg.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir saat 10:00-da başlayacaq.

İclasda 2024-cü il 7 fevrala təyin edilmiş növbədənkənar prezident seçkilərində hakim partiyanın namizədinin müəyyən edilməsi gözlənilir.