Əliyevlə Paşinyan Brüsseldə görüşəcək?

"Avropa İttifaqı Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün təşkil edilməzi üzərində işləyir".
Bakupost.az “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel bildirib.
“Biz (Azərbaycan və Ermənistan liderlərinin) Brüsseldə baş tuta biləcək görüşünün təşkili üzərində işləyirik”, - o bildirib.
Qeyd edək ki, Prezident Əliyev dekabrın 6-da ABŞ və Azərbaycan arasında münasibətlərin pisləşməsi səbəbindən Ermənistanla sülh prosesində vasitəçilik etmək üçün “yalnız Brüssel və Moskvanın qaldığını" bildirib. Lakin Bakı İrəvanla birbaşa əlaqəyə üstünlük verir.