Ceyhun Bayramov: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün tarixi fürsət yaranıb

Azərbaycaq-Türkiyə müttəfiqliyi bölgədə sabitliyin qorunmasının əsas faktorudur.
Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, 19-20 sentyabrda Azərbaycanın antiterror təlbirləri, köçkünlərin geri qayıdışı, mina təhlükəsi və didər mövzular da görüşdə müzakirə edilib:
“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün tarixi fürsət yaranıb və bununla bağlı Hakan Fidanla aramızda tam fikir birliyi var. Mən danışınlarda Azərbaycan tərəfinin baxışını, Ermənistandan alınan növbəti şərhlər barədə məlumat verdim. Yaxın vaxtlarda Azərbaycanın bununla bağlı mövqeyi təqdim olunacaq”.