Hakan Fidan: Bitərəf qalan bir çox ölkənin də Fələstinin yanında yer aldığını gördük


İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının Qəzza ilə bağlı yaratdığı Təmas qrupunun tərkibində son olaraq ABŞ-da olduq. Bu barədə də Azərbaycan XİN başçısını məlumatlandırdım.
Bunu bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.
Hakan Fidan deyib ki, BMT Baş Assambleyasında Qəzzada atəşkəslə bağlı son səsvermədə 153 ölkə Qəzzada atəşkəsi dəstəkləyib:
“Əvvəlcə bitərəf qalan bir çox ölkənin də Fələstinin anında yer aldığını gördük. ABŞ-ın BMT-də Qəzza ilə bağlı qərarların qarşısında daha yer almamasını istəyirik. Fələstinlilərə qarşı zülm sona çatmalıdır”.