Azərbaycan XİN: Ermənistanla sonuncu razılaşma üçüncü tərəfin iştirakı olmadan əldə edilib

Azərbaycan Prezident Administrasiyası və Ermənimstan Bşa naziri ofisinin son birgə razılaşması ciddi nailiyyətdir.
Bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə keçirilən mətbuat konfransında bildirib.
Ceyhun Bayramov deyib ki, bu razılaşma üçüncü tərəfin iştirakı olmadan əldə edilib: “Bu istiqamətdə növbəti addım, yaxud süih sazişi ilə bağlı baxışımıza gəlincə, noyabrın 30-da sərhəddə delimitasiya komissiyalarının görüşü olub. Görüşlərin reqlamenti ilə bağlı razılaşmalar əldə olunub. O cümlədən Ermənistanın sülh sazişi ilə təkliflər paketini təqlim edib. Bunların hamısı nəzərə alınsa, bir nikğinlik var. Hesab edirik ki, biz bu addımlarla çox vacib, mürəkkəb məsələni, neqatvi tarixi keçmişi olan bir məsələni addım-addım irəli apara bilərik. Azərbaycanın yanaşması aydındır. Ermənistan Azərbaycanın legitim maraqlarına, beynəlxalq hüquqa hörmət bəsəlyərsə,Ö müsbət nəticə əldə etmək mümkündür”