Əli Əhmədov: İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul ediləcək

Bu gün İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək.
APA-nın xəbərinə görə, bunu növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında YAP sədrinin müavini Əli Əhmədov bildirib.

Əli Əhmədov deyib ki, bu, təkcə YAP-ın deyil, Azərbaycan xalqının qərarı olacaq.