Ermənistanın Bakıya təklif etdiyi xəritə…

“Sərhədlərin delimitasiya və demarkasiya prosesi kifayət qədər mürəkkəbdir, uzun vaxt aparacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.
O, görüşlər zamanı tərəflər arasında iki dildə ünsiyyət qurulacağını bildirib:
“Biz 1975-1990-cı illərin son xəritələrini əsas götürürük. Tərəflər topoqrafik xəritələrlə, həmçinin hüquqi əhəmiyyət kəsb edən sənədlərlə işləyəcəklər. Proses illərlə davam edə bilər, çünki tərəflər hərəsi bir xəritə, ya da sərhədin müəyyən təsviri olan hüquqi sənədlər təqdim edirlər. Onlar əsasında fikir mübadiləsi aparılır.
Biz görüşlərin harada, nə zaman keçiriləcəyi, protokolun necə tərtib olunacağı, hansı dildə müzakirələrin aparılacağını qərarlaşdırırıq: ya ingilis, ya da rus dilində danışacağıq”.