Qarabağ savaşı vaxtı erməni deputatlar kabinetimdə… – Tolstoy

“Döyüşlər zamanı erməni deputatlar Rusiyaya yalvarırdılar ki, Qarabağda müharibə dayandırılsın”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy deyib.
Rusiya rəsmisi Qərb dairələrinin fəaliyyəti ilə bağlı Ermənistana xəbərdarlıq edib:
“Qarabağda müharibənin davam etdiyi zaman hər həftə kabinetimə bir erməni deputat gəlirdi. Yalvarırdılar ki, nə isə edim, Rusiya prezidenti ilə əlaqə saxlayım, müharibəni dayandırsın. Amma bu gün həmin deputatların heç biri ortalıqda yoxdur. Unutmayın ki, müharibə Vladimir Putinin sayəsində dayandı.
Ermənistanın Rusiyadan uzaqlaşması zərərlidir, İrəvan digər postsovet ölkələrinin səhvini təkrarlamamalıdır. Lakin Ermənistanda ABŞ səfirliyi tərəfindən maliyyələşdirilən 2500 qeyri-hökumət təşkilatı erməni gəncləri arasında bu istiqamətdə təbliğat aparır”.