Nazir: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Türkiyə hər zaman Azərbaycanın haqlı mübarizəsində yanındadır.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, ölkəsi Azərbaycanın keçirdiyi antiterror əməliyyatı və gün bütün Qarabağda şanlı Azərbaycan bayrağının dalğalanmasından böyük məmnunluq hissi duyur:

“Strateji müttəfiqliyimizi möhkəmləndirmək və əməkdaşlığımızı dərinləşdirmək üçün birgə səylərimiz uğurla davam edir. Xüsusilə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində sarsılmaz həmrəyliyimizi daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq”.