Elşad Musayev prezidentliyə namizədliyini irəli sürdü

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 4-ə çatıb.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədiyini irəli sürüb.

Qeyd edək ki, indiyədək Yeni Azərbaycan Partiyasından (YAP) Prezident İlham Əliyev, Böyük Quruluş Partiyasından (BQP) millət vəkili Fazil Mustafa və Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun prezidentliyə namizədlkləri irəli sürülüb.