Məzahir Pənahov: MSK tərəfindən prezident seçkiləri ilə bağlı lazımi addımlar atılır

Növbədənkənar prezident seçkiləri dövründə Mərkəzi Seçki Komissiyasının əsas vəzifələrindən biri də məsuliyyəti olan dövlət orqanları ilə birlikdə tədbirin keçirilməsidir.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
MSK sədri bildirib ki, indiyə qədər keçirilən seçkilərdə bu vəzifənin öhdəsindən gəliblər: “MSK tərəfindən prezident seçkiləri ilə bağlı lazımi addımlar atılır. Ölkədə prezident seçkilərinin keçirilməsi ilə bağlı heç bir problem yoxdur. Təbii ki, seçki şəffaf keçirilməlidir. Şəffaf keçirilməyən seçki dünyada qəbul olunmur. Bizdə yerli müşahidəçi baxımından məhdudiyyət yoxdur”.