Azərbaycanda 6 milyon 354 min 556 nəfər səsvermə hüququ olan şəxs var

2,4 milyon ev təsərrüfatına 2022-2023-cü illərdə baxış keçirilib.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O bildirib ki, ölkə üzrə 125 seçki dairəsində səsvermə hüququ olanların sayı 1 milyon 143 min 620 nəfər artıb: “Azərbaycanda 6 milyon 354 min 556 nəfər səsvermə hüququ olan şəxs var. Seçici siyahılarında sayın artması bir sıra daxili və xarici miqrasiya ilə şərtlənib”.