Qərb-Rusiya qarşıdurması fonunda İrəvanın maraqları - RƏY

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukraynanın sülh formulu ilə bağlı 4-cü iclasda iştirak məqsədilə İsveçrəyə işgüzar səfərə gedəcək.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasından məlumat verilib.
Məlumata görə, görüş yanvarın 14-də Davos şəhərində keçiriləcək.
Sülh formulu ilə bağlı əvvəlki görüş ötən ilin sonunda Ər-Riyadda keçirilmişdi.

Armen Qriqoryanın forma qatılmasının Rusiya Ermənitan münasibətlərə təsirləri barədə "Sherg.az" a danışan politoloq Aytən Qurbanova bildirib ki, Ermənistanın hər fürsətdən istifadə edərək Qərb yönümlü çıxışlarla “manevr” etmək cəhdləri artıq ənənəvi hal alıb. Bu çıxışlar nəinki Rusiya, hətta özünün Qərb tərəfdaşları tərəfindən belə çox ciddiyə alınmır:
"Çünki bu çıxışlar heç bir halda Rusiyanın Ermənistandakı hərbi, siyasi və iqtisadi varlığını yox etmək iqtidarında deyil. Bunu Ermənistan da, onu himayə edən siyasi dairələr də çox yaxşı bilirlər. Mövcud reallıqlar şəraitində isə Ermənistanın hər hansı anti-Rusiya çıxışının uzunmüddətli təsir gücü yoxdur. Belə ki, Qərb-Rusiya qarşıdurması fonunda Ermənistanın sadəcə uzunmüddətli maraqların təminatı naminə istifadə edilən qısamüddətli “oyunçu” olduğunu ehtimal etmək çox çətin deyil. Deməli, ağasını dəyişmək üçün xüsusi səy göstərən Ermənistanın bütün cəhdləri onu daha da asılı vəziyyətə salaraq Rusiyaya yönləndirdiyini aydın şəkildə müşahidə etmək mümkündür".