MHP daha 55 bələdiyyə sədrliyinə namizədlərini açıqlayıb

Milliyyətçi Hərəkat Partiyası (MHP) daha 1 vilayət, 5 rayon və 49 qəsəbə bələdiyyə sədrliyinə namizədlərini açıqlayıb.
Sherg.az türk mediasına istinadən cəbər verir ki, MHP-nin sədr müavini Sadir Durmaz bələdiyyə sədrliyinə partiyasının daha 55 bələdiyyə başçı namizədini açıqlayıb.

Durmazın yazılı açıqlamasına görə, partiyanın səlahiyyətli şuralarının qiymətləndirmələri və MHP sədri Dövlət Baxçalının təsdiqi nəticəsində  daha 1 il, 5 rayon və 49 qəsəbə bələdiyyə başçı namizədi müəyyənləşib.

MHP-nin Yozgat bələdiyyə sədrliyinə namizədi Ömər Açıkel olub.