Xatırlayın, 2020-də də belə olmuşdu – Erməni deputat

“Münhendə İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüş çox müzakirə olunmur, amma Ermənistanda ciddi şəkildə qorxuya səbəb oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan deyib.

Erməni deputat Vətən müharibəsindən qısa müddət öncə də Münhendə bənzər formatda görüşün keçirildiyini xatırladıb:

“Bəzi məsələlərin razılaşdırıldığı deyilir, bu bizi daha da qorxudur. Deyəsən, heç kim 2020-ci ilin bu günlərində də Paşinyanla Əliyevin Münhendə görüşdüyünü xatırlamır. Həmin vaxt baş nazir özünü ağ atda əyləşən inqilabçı kimi göstərirdi, amma Qarabağ məsələsindən danışmağa qorxurdu”.

Qeyd edək ki, 2020-ci ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.