“Ötən il baş verən antiterror əməliyyatı ilə Azərbaycanda separatizmin kökü kəsilib. Keçmiş məcburi köçkünlər artıq öz yurdlarına qayıdır”.
Bunu Milli Məclisin spikeri Sahibə Qafarova Asiya Parlament Assambleyasının Bakıda keçirilən 14-cü Plenar Sessiyasının açılışında deyib.
Spiker regionda uzunmüddətli sülhün təmin edilməsi üçün Azərbaycanın böyük təşəbbüslərin göstərdiyini deyib:
"Ümid edirik ki, Ermənistan Azərbaycan ərazilərinə olan iddiasından əl çəkəcək, bütün bunları konstitusiya üzərində də təmin edəcək".