Makron qonşusu İtaliyaya qarşı da yekəxana siyasət aparır- RƏY

"Fransa prezidenti Emmanuel Makron yalnız Azərbaycanla münasibətləri korlamayıb, qonşusu və tərəfdaşı İtaliyaya qarşı da yekəxana siyasət aparır. Makron İtaliyanın sağ mühafizəkar hökumət başçısı Corciya Melonini bəyənmir, onunla müxtəlif mövzularda ixtilaf yaradıb. Makron beynəlxalq tədbirlərdə Meloni ilə üz-üzə gəlməməyə çalışır. Bu dəfə də belə olub". 

 "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, Makron “böyük yeddilərin” Ukrayna ilə bağlı Kiyevdən idarə olunan videokonfransında iştirakdan imtina edib. Səbəb konfransa Corcia Meloninin sədrlik etməsidir:

"Makron toplantıya qatılmamasını daxili işlərin çoxluğu ilə izah etsə də, buna inanan azdır. Ekspertlər Makronun son hərəkətini “böyük yeddilər”dəki tərəfdaşlarına hörmətsizlik kimi qiymətləndiriblər. Tərəfdaşlarına hörmət etməyən lider Fransaya uzaq Cənubi Qafqazla bağlı normal siyasət yürüdərmi? Makronun balansı tam pozaraq Cənubi Qafqaz siyasətini tam Ermənistan üzərində formalaşdırmasının ən böyük zərəri İrəvana dəyəcək".