Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı və yeri açıqlanıb

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq.
Bu barədə Ermənistan XİN mətbuat katibi Ani Badalyan deyib.
Görüşün keçirilməsi ilə bağlı razılaşma Münxendə üçtərəfli görüş zamanı əldə olunmuş razılaşma əsasında aparılacaq.