Polşa səfirliyi: Xocalıda həyatını itirənlərin xatirəsini yad edən azərbaycanlılara qoşuluruq

Polşanın Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
“Report” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Bu gün biz 1992-ci ildə Xocalıda həyatını itirənlərin xatirəsini yad edən azərbaycanlılara qoşuluruq. Xocalıda ailələrini, dostlarını, evlərini itirən hər kəsə dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.