Mirzoyan Türkiyəyə gedəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan martın 1-də Türkiyəyə səfərə yola düşəcək.

APA Ermənistan XİN-ə istinadən xəbər verir ki, Ermənistan XİN rəhbəri Antalya Diplomatiya Forumunda iştirak edəcək.

Qeyd edək ki, forum 1-3 mart tarixlərində keçiriləcək.

Xatırladaq ki, Mirzoyan bundan əvvəl də Antalya Diplomatiya Forumunda iştirak edib.