Uraloğlu: “Biz heç vaxt tuta bilməyəcəyimiz söz verməmişik”

Nazir Uraloğlu, bir sıra açılış və ziyarətlər etmək üçün yüksək sürətli qatar (YHT) ilə Konyaya gəlib. Uraloğlu əvvəlcə Beyşehir mahalına gedərək Beyşehir Daşıyıcılar Kooperativini ziyarət edib. 
"Sherg.az" Türkiyə mediasına istinadən xəbər verir ki, Uraloğlu səfər zamanı Konya ilə Antalyanı birləşdirən və bir istiqamətdə nəqliyyata bağlanan Dəmirkapı Tunelinin martın 1-dək nəqliyyata açılacağını söyləyib. Uraloğlu, "Mənə məlumat verdilər ki, Dəmirkapı yolunun 1 mart tarixinə kimi bölünərək nəqliyyata açılacaq. Bunu sizə bildirirəm. Bəzi problemlər və mexanik işlər var idi. İşıqlandırma və başqa çatışmazlıqları tamamladıq. Bundan sonra bir daha bağlamamaq üzrə açacağıq" deyib.

“Vətəndaşlarımızı Aldatmamışıq”
Martın 31-də keçiriləcək yerli seçkiləri xatırladan Uraloğlu vurğulayıb ki, "Bildiyiniz kimi, biz seçki prosesindəyik. Biz heç vaxt həmvətənlərimizi yalnız seçkidə qalib gəlmək motivi ilə aldatmamışıq. Tuta bilməyəcəyimiz sözlər və vədlər verməmişik.Bəzən belə tənqidlərlə qarşılaşmışıq: "Başladınız, amma bir az vaxt apardı". Bəli bəzən bunlarla rastlaşa bilərik. Müəyyən çətinliklərlə üzləşə bilərik, amma Allahın izni ilə heç bir işi yarımçıq qoymadıq və qoymayacağıq. Biz də öz vətəndaşlarımız arasındayıq. Baxın, bəzən sizin tənqidlərinizlə də rastlaşa bilərik. Bunları ən yüksək səviyyədə qəbul edirik və nəzərə alırıq".

Fidan Həməşəyeva