Yunanıstanın müdafiə naziri Ermənistana səfər edəcək

Gələn həftə Yunanıstanın müdafiə naziri Nikos Dendias İrəvana rəsmi səfərə gələcək.
APA xəbər verir ki, bu barədə Ermənistanın Afinadakı səfiri Tiqran Mkrtçyan X hesabında bildirib.