İslamofobiya anlayışı nədir?-Analiz

Bu gün islamofobiyanın qloballaşması haqqında danışmaqla dünyanın müxətlif bölgələrindəki mövcud reallığı  əks etdirmək olduqca vacibdir. Tarixə nəzər salsaq, deyə bilərik ki, islamofobiya ilk olaraq 1979-cu ildə İranda baş verən inqilabdan  və  2001-ci il 11 sentyabr terror hücumlarından sonra böyük qlobal problemə çevrildi. Beləliklə, islamofobiya əvvəlcə ABŞ, İngiltərə və Almaniyada yaradıldı, sonradan digər bölgələrə də yayıldı. Planlı şəkildə müsəlmanları ləkələmək, onlar haqqında mənfi rəy formalaşdıramaq, fəaliyyətlərini məhdudlaşdırmaq üçün yaradılan islamofobiya zaman-zaman Qərbin əlində təsir mexanizmi kimi istifadə olundu. Belə ki, aparılan araşdırmalara görə, ABŞ 11 sentyabr hadisəsindən sonra on il ərzində 160-dan çox müsəlman-amerikalı terror şübhəlisi və cinayətkarını müəyyən edib ki, bu da hər il Birləşmiş Ştatlarda baş verən minlərlə zorakılıq aktının yalnız bir faizidir. Bütün bunlar onu deməyə əsas verir ki, müsəlmanları terrorçu kimi təqdim etmək böyük güclərin siyasətlərinin ana xəttini təşkil edib. Onlar bunu etməklə əsasən, ABŞ-da, Avropda, ümumilikdə bütün dünyada müsəlmanlara qarşı nifrət yaratmağı hədəfləyirdilər. Artıq Qərbdə belə dövlət siyasətinin əsası olan İslama, müsəlmanlara nifrət o qədər adiləşdi ki, dünyada demokratiyadan, insan hüquq və azadlıqlarından danışan ölkələr də təşviqat kapmaniyalarında bu idelogiyadan istifadə edərək xallar qazanmağa, vəzifələr tutmağa başladılar. Məsələn, Fransada təkcə ifrat sağçı siyasətçi Marin Le Pen deyil, Prezident Emmanuel Makron da seçki kampaniyası dövründə müsəlmanlara qarşı düşmənçilik ritorikasına əl atdığını bildirib və əlavə edib ki, bu siyasi xadimlərin müsəlman icmasına münasibəti mədəni münaqişələrdən biridir. Bu davanışla onlar müsəlmanları və digər azlıqları öz torpaqlarında marjinallaşdırmağa çalışdığı aydın şəkildə görünür. 
Fransada, həmçinin mediada da müsəlmanlara qarşı yaradılan “cinayətkar və qurban” anlayışı ölkədəki  milyonlarla  müsəlmana mənfi təsir göstərir, onlara psixoloji travma yaşadır. 
Bu da o deməkdir ki, anti-müsəlman əhval-ruhiyyənin yaranmasında medianın rolundan da güclü şəkildə istifadə olunur. Azad media anlayışı isə təkcə dövlət maraqları kontekstində istifadə edilir. 
Bundan əlavə, “İslam qorxusu”nun mediada, siyasətdə və gündəlik həyatda daim yeni saxlanılır. Müsəlmanları cinayətkar kimi göstərən xəbərlər həm dövlət, həm də özəl media qurumlarında ön plana çəkilir. Onlar müsəlmanlardan bəhs edərkən ekstremizm, fundamentalizm, radikallaşma, kommunitarizm kimi açar sözlərdən  istifadə edir və sanki bu ifadələrlə müsəlmanları tanıdırlar. 
Azad seçkidən, demokratiyadan danışan və özünü o cür təqdim edən Qərbdə dəyişən, sadəcə, şəxslərdir, onların islamofobiya, anti-türk, neokolonizalizm siyasətləri isə hər zaman öz tərəvatini qoruyur.  Daha əvvələ baxsaq, Fransa prezidentlərinin bir-birindən aldıqları işarələri başa düşmək olar. 2004-cü ildə o zamankı prezident Jak Şirakın dövründə Fransada başlayan və digər dövlətlərdə də cərəyan edən hicab qadağalarını misal çəkmək olar. Təbii ki, bu ikili yanaşmalar, anti-İslam davranışları təkcə Avropada deyil, dünyanın müxtəlif bölgələrində də baş verir. Belə ki, Hindistanın hər yerində müsəlmanlara qarşı hücumlar var. Cənubdakı Karnataka əyalətində hicab qadağaları var ki, onlar yenə də sözün əsl mənasında öz izlərini Avropadan götürürlər.  
Bütün bunlarla konkret olaraq Qərbin müsəlman cəmiyyətlərinə hörmət etmədiyi açıq şəkildə görünür. Əslində isə müsəlman-Qərb gərginliyinin arxasında siyasi maraqların hərəkətverici qüvvə olduğu da bəllidir və bu da müəyyən dairələr tərəfindən maliyyələşdirilir və himayə edilir. 
Ümumiyyətlə, Qərbin müsəlman dünyası ilə əlaqəsi qarşılıqlı hörmətə, əməkdaşlığa əsaslanmadığı üçün islamofobiya termini getdikcə daha çox yayılmaqdadır. Bu da müsəlmanlara qarşı əhval-ruhiyyənin indi irqçiliklə iç-içə olduğunu deməyə əsa verir. 
Paris son illərdə bilavasitə müsəlmanları hədəf alan siyasətçilər hazırlamaqla məşğuldur və orada bütün müsəlman cəmiyyətinə cinayətkar kimi baxan ilk Qərb ölkəsi də Fransadır.
Müxtəlif vaxtlarda Fransa dövləti müsəlmanlara qarşı saysız-hesabsız qanunlar qəbul edib. Baş örtüyündən tutmuş çadraya, halal yeməklərə, uzun paltarlara, saqqallara və s. qarşı məhdudiyyətlər təbiq edib. Ümumilikdə isə Fransa son 40 ildə islamfobiya laboratoriyası olub və bu da onun DNT-sinin bir hissəsidir. 
Azərbaycan da islamofobiyadan, ksenofobiyadan, etnik təmizləmədən  əziyyət çəkən dövlət kimi bütün bu mənfi tendensiyalara qarşı öz siyasət xəttini genişləndirir.  Bu baxımdan da bir neçə gün əvvəl Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans da olduqca əhəmiyyətli tədbirdir

Elmir Səftərov