“Rəsmi Vaşinqton Cənubi Qafqazda dayanıqlı sülhə dəstəyi davam etdirəcəyik”.
APA-nın məlumatına görə, bunu ənənəvi brifinqdə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller bəyan edib.
O, bildirib ki, son vaxtlar Azərbaycan-Ermənistan şərti sərhədində vəziyyət sabit olaraq qalır.
Rəsmi nümayəndənin sözlərinə görə, regionda sülhə nail olunmasının yeganə yolu konstruktiv danışıqlardan keçir:
“Biz dəfələrlə bəyan etmişik ki, vəziyyətin eskalasiyası nə regionun, nə də tərəflərin maraqlarına cavab verir”.