Azərbaycanla BMT arasında Yeni Əməkdaşlıq sənədi (2026-2030-cu illər ərzində) üçün yol xəritəsi təqdim edilib.
Bu haqda Bakıda keçirilən “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrası üzrə Hökumət-BMT Birgə İstiqamətləndirici Komitənin iclasında bildirilib.