Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev arasında görüş başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.
Görüş Bişkek şəhərində keçirilir.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayevi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumatlandırıb.
Bu barədə XİN başçısı X-də yazıb.
“Rəsmi səfər çərçivəsində qardaş Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşməkdən şadam. Görüş çərçivəsindən Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığını daha da inkişaf etdirmək üçün qarşılıqlı əlaqələrin davam etdirilməsinin vacibliyi bir daha vurğulandı. COP29 və münaqişədən sonrakı regional vəziyyət haqqında məlumat verildi”, - qeyd edilib.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev birgə mətbuat konfransında bəyanatlarla çıxış ediblər.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.