Qırğızıstan Prezidenti Ceyhun Bayramovu qəbul edib

Qırğızıstanda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin prezidenti Sadır Japarovla görüşüb.
APA xəbər verir ki, bu barədə nazir "X" platformasında bildirib.
Görüşdə strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. İkitərəfli siyasi və iqtisadi tərəfdaşlığa aid məsələlər müzakirə olunub.