Prezident: Azərbaycanla Tacikistanın dövlətlərarası münasibətləri bu gün ən yüksək səviyyəyə çatıb

Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatında bildirib.

Dövlət başçısı deyib ki, bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb.