Maldiv Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Maldiv Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, həmçinin Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzularımı çatdırım".