İran-Azərbaycan əlaqələri: İki ölkə arasındakı münasibətlər normallaşma mərhələsindədir -ANALİZ

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bugünkü mətbuat konfransında deyib ki, "Azərbaycan Respublikasının İrandakı səfirliyinin fəaliyyətinin bərpası məsələsi iki ölkə arasında əməkdaşlığın və əlaqələrin tərəqqisində razılaşdırılmış məsələlərdən biri olub. Ümid edirik ki, bu məsələ birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək".

Politoloq Sədrəddin Sultan "Sherg.az"a açıqlamasında bildirib ki, iki ölkə arasındakı münasibətlər normallaşma mərhələsindədir:
"Prezident İlham Əliyevin İranın mərhum Prezidenti İbrahim Rəisi ilə görüşü iki ölkə arasındakı münasibətlərin normallaşmasının başlamasına işarə idi. Hesab edirəm ki, Azərbaycan İran münasibətlərində yeni dövr başlayıb. Tərəflər arasındakı strateji layihələr, nəqliyyat, iqtisadiyyat, energetika sahəsindəki birgə addımlar ikitərəfli əməkdaşlıqlar üçün prioritet məsələsi ola bilər. İnanıram ki, Azərbaycanın İrandakı səfirliyin açılması münasibətlərin inkişafına şərait yaradacaq".