XİN: Rumıniya Azərbaycan və Aİ arasında dialoqun inkişafını dəstəkləyir

Rumıniya Azərbaycan və Avropa İttifaqı arasında dialoqun inkişafını dəstəkləyir.
APA xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi Müstəqillik Günü ilə bağlı təbrikdə bildirib.
"Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edirik! Möhkəm siyasi dialoqa, enerji və əlaqələnmə sahəsində sıx əməkdaşlığa əsaslanan dinamik ikitərəfli strateji tərəfdaşlığımız var. Rumıniya Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqunun davamlı inkişafını dəstəkləyir", təbrikdə qeyd olunub.