Bakı Təşəbbüs Qrupu dekolonizasiya mübarizəsini dəstəkləyir

Bakı Təşəbbüs Qrupu Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların azadlıq mübarizəsini beynəlxalq hüquq normalarına uyğun olaraq dəstəkləyir.

Bunu APA-nın əməkdaşının sualına cavab olaraq Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Afrikanın müxtəlif ölkələrindən bir qrup jurnalist, tanınmış bloqer, vətəndaş cəmiyyəti fəallarının iştirakı ilə hibrid formada keçirilən “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda dəyirmi masa müzakirələrində bildirib.

“Hesab edirik ki, həmin ərazilərdə müstəmləkəçiliyə qarşı mübarizə beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirilməlidir. Fransanın müstəmləkə regionlarının müstəqilliyi Birləşmiş Millətlər Təşkilatının 1514 nömrəli qətnaməsi, yəni öz müqəddəratını təyin etmək hüququ əsasında təmin olunmalıdır. Bizim də mövqeyimiz məhz həmin qətnamə ilə eynilik təşkil edir”, - Abbas Abbasov qeyd edib.