MSK 3 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Respublikaçı Alternativ (REAL) Partiyasının, Ağ Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Sherg.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.