Pezeşkian mövqeyini bəlli etdi

İran Hizbullahı və regionda müqavimət hərəkatını dəstəkləməyə davam edəcək.
“Sherg.az" Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözlər İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın Hizbullah rəhbərinə məktubunda yer alıb.
O, dirəniş hərəkatına dəstəyin İranın əsas siyasəti olduğunu bildirib:
“İran hər zaman regionda sionist rejimə qarşı xalqların dirənişini dəstəkləyib… Əminəm ki, regiondakı dirəniş hərəkatı İsrail rejiminə imkan verməyəcək ki, Fələstin və digər ölkələrinə qarşı cinayətkar siyasətini davam etdirsin”.