İşçi Qrupun inflyasiya ilə bağlı iclası keçirildi
16:24 30.07.2024
Gündəm
533
Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə “İnflyasiya və Qiymət Monitorinqi” üzrə İşçi Qrupun keçirilən iclasında cari ildə ölkədə istehlak bazarında qiymətlərin dəyişməsi, hökumətin antiinflyasiya tədbirləri, habelə ötən iclasda aidiyyəti qurumlara verilmiş tapşırıqların icrası ətraflı müzakirə olunub.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, iclasda xarici amillərin, habelə ərzaq bazarında idxal olunan məhsulların qiymət indekslərindəki dəyişmələr və ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri nəticəsində Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2023-cü ildə birrəqəmli inflyasiya hədəfinə nail olunmaqla yanaşı, cari ilin ötən dövrü ərzində də inflyasiyanın minimal səviyyədə qorunub saxlanıldığı qeyd edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin iyun ayında 12 aylıq inflyasiya 1,1% təşkil edib. 2024-cü ilin yanvar-iyununda orta illik inflyasiya 0,7% olmuşdur.
Tədiyə balansının profisitli olması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləmişdir. Profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynamışdır. 2024-cü ilin 6 ayında manatın nominal effektiv məzənnəsi 3% bahalaşmışdır ki, bu da idxal inflyasiyasına azaldıcı təsir göstərən amildir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Qiymət İzləmə Tətbiqinin” yaradılması və təkmilləşdirilməsi istiqamətində, o cümlədən, ölkədə istehlak qiymətləri indeksinə daxil olan ərzaq və qeyri-ərzaq məhsullarının, əhaliyə göstərilmiş ödənişli xidmətlərin qiymətlərinin formalaşması üzrə aidiyyəti qurumların məlumatlarının inteqrasiyası sahəsində həyata keçirilən tədbirlər barədə təqdimat edilib.
İclasda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank tərəfindən görülən işlərə dair məlumat verilib.
İclasın yekununda daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyədə saxlanılması istiqamətində zəruri işlərin davam etdiriləcəyi bildirilib. Ötən müddət ərzində qanunvericilikdə rəqabət məsələləri, dərman vasitələri bazarı və s. istiqamətdə həyata keçirilən təkmilləşdirmələrin bu proseslərə müsbət təkan verəcəyi vurğulanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qalatasaray” “Samsunspor”u məğlub edərək yeni rekorda imza atıb
19:23 21.11.2026
Futbol
Türkiyədə zəncirvari qəza: 14 nəfər yaralandı
19:03 21.11.2026
Hadisə
Aktrisa boşandığı həyat yoldaşı ilə yenidən bir arada - FOTO
18:51 21.11.2026
Şou
Zelenski: ABŞ Ukrayna və Rusiya ilə yeni danışıqlar planlaşdırır
18:36 21.11.2026
Dünya
Kral III Çarlz Türkiyəyə COP31-ə ev sahibliyinə görə təşəkkür etdi
18:32 21.11.2026
Aktual
Qazaxda kişi dəm qazından boğularaq ölüb
18:21 21.11.2026
Hadisə
Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib
18:03 21.11.2026
Cəmiyyət
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya