Özgür Özəl: ABŞ İsrailə qarşı öz vətəndaşlarının hüquqlarını belə qoruya bilmədi

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl dünyanın Fələstindəki qırğınlara kifayət qədər reaksiya vermədiyini bildirib. Özəl Qəzzada 41 mindən çox insanın öldürüldüyünü, onların yarıdan çoxunun qadın və uşaq olduğunu qeyd edib. Özəl ABŞ-ın İsrailə qarşı öldürülən türk əsilli amerikalı fəal Ayşenur Ezgi Eyginin hüquqlarını belə qoruya bilmədiyini bildirib.
İordan çayının qərb sahilindəki etirazlar zamanı türk əsilli amerikalı fəal Ayşenur Ezgi Eyginin İsrail əsgərləri tərəfindən öldürüldüyünü xatırladan Özəl, “ABŞ rəhbərliyi İsrailə qarşı öz vətəndaşlarının hüquqlarını belə qoruya bilmədi. Çağırışımız ondan ibarətdir ki, onlar bu passiv münasibətə və bəhanələrə son qoymalı və Ayşenura qarşı öhdəliklərini yerinə yetirməlidir”- deyib.

Sosialist İnternasionalını Ayşenur və onun kimiləri dəstəkləməyə çağıran Özəl  dünyanın Fələstindəki qırğınlara adekvat reaksiya vermədiyini vurğulayıb.

Özəl, hər şeyə baxmayaraq, Avropada bəzi dövlətlər tərəfindən Fələstinin dövlət kimi tanınmasının ümidverici bir hadisə olduğunu qeyd edib. O, deyib ki, Qəzzada dərhal atəşkəs olmalı, girovlar azad edilməli,  humanitar yardımların keçməsi və müharibənin qarşısının alınması üçün Sosialist İnternasionalının aktiv təşəbbüslər göstərməsi lazımdır.