Bir qrup xarici diplomata Qərbi Azərbaycan İcmasına Fəxri üzvlük sertifikatları təqdim olunub.
APA xəbər verir ki, sertifikatlar qonaqlara “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda təqdim edilib.
Qərbi Azərbaycan İcmasına Fəxri üzvlük sertifikatları təqdim edilən şəxslərin siyahısı:
Türkiyənin keçmiş xarici işlər naziri (2014-2023), Türkiyə Böyük Millət Məclisinin üzvü və Türkiyənin NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu,
İrəvan xanı Hüseynəli xanın törəməsi Əmir Əli Sərdar İrəvani
Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyasının sədr müavini Zafer Sırakaya
Qərargahı Brüsseldə yerləşən Ümumdünya Pan-Afrika Qadın Liderləri Hərəkatının Baş Katibi, Aişa Başa
Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım
İsveçrədə fəaliyyət göstərən Su, Ətraf Mühit və Sağlamlıq Qlobal İnstitutunun təsisçisi və baş direktoru, İsveçrə Su Tərəfdaşlığı və Asiya Su Şurasının üzvü Nidal Salim
Türkiyə Böyük Millət Məclisinin üzvü Cantürk Alagöz
Amerikan Dini Azadlıq Mərkəzinin rəhbəri Cannah Skott
Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Orhan Erdem
Rumıniyada fəaliyyət göstərən İncəsənət və İrs Assosiasiyasının prezidenti Nikoleta Zaqura
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin İşıksal
Qazaxıstan Mədəniyyət və Turizm Nazirliyi nəzdində Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru, sabiq səfir Talqat Kaliyev
Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun fəxri doktoru Quram Marxuliya,
Türkiyədə Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin müdiridir Yaşar Sarı
“Economyfirst Limited London” şirkətinin direktoru Klaus Peter Ralf Yürgens
İtaliyanın beynəlxalq məsələlər üzrə “Opinio Juris - Hüquq və Siyasət İcmalı” jurnalının baş redaktoru və Strasburqda Avropa Gəncləri Beyin Mərkəzinin tədqiqatçısı Valentina Chabert.